Azərbaycan və Farer adaları yığmaları arasındakı UEFA Millətlər Liqasının oyununda Bakı Olimpiya Stadionuna (BOS) daxili qoşun əsgərlərinin gəlişini qonaq ölkə jurnalistləri qeyri-adi qarşılayıb.
Sportnet.az xəbər verir ki, in.fo saytı hərbçilərin gəlişini əks etdirən fotoları yayaraq, bunu döyüş filmləri səhnəsinə bənzədib. Sayt yüzlərlə əsgərin bütün tribuna boyunca zəncir kimi yayılmasını da dramatik və unikal olay kimi dəyərləndirib.
Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, Avropanın əksər ölkələrində oyunlar zamanı hərbçilərin yox, stadion mühafizəçilərinin xidmətlərindən istifadə olunur. Farer adaları beynəlxalq idman yarışlarında təmsil olunsa da, özünün hərbçi və polisləri yoxdur.