
Azərbaycan yığması UEFA Millətlər Liqasında mərhələ adlayacağı təqdirdə, Gürcüstanla qarşılaşacaq.
Sportnet.az-ın məlumatına görə, bu, qonşu ölkə millisinin D Liqasının 1-ci qrupunda Qazaxıstanla son tur görüşündən sonra müəyyənləşib. 2:1 hesabı ilə qalib gələn Gürcüstan yığması xallarını 16-ya çatdırıb. Qonşu ölkə komandası "pley-off"a yüksələnlər arasında ən çox xal toplayıb. Azərbaycan isə Kosovonu yensə, xallarını 12-yə çatdıracaq. Bu halda, D Liqasının digər qrup qalibləri arasında milli komanda ən aşağı xala malik olacaq.
Reqlamentə əsasən, "pley-off"da ən güclü komanda ən aşağı xalı olanla üz-üzə gəlir. Oyunlar isə 2020-ci ildə təşkil olunacaq.