"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi Salvador və Haiti yığmaları arasındakı matçın 57-ci dəqiqəsində meydana çıxıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 15 oyun keçirib, 2 qola imza atıb.