Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A.Xudiyev K qrupunda V turun "Astana” (Qazaxıstan) - "Dinamo” (Kiyev, Ukrayna) matçında iş başında olacaq.
Qeyd edək ki, noyabrın 29-da "Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:50-də başlayacaq. "Astana"da Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da çıxış edir.