1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeydayev 90 dəqiqə oynadı, komandası uduzdu
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 22 yaşlı hücumçu XV turda Moskvada "Spartak"la görüşün start heyətində yer alıb. Sonadək meydanda olan Şeydayev 83-cü dəqiqədə sarı vərəqə alıb. "Otkrıtie Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qolların hamısı ikinci hissədə vurulub. "Krılya Sovetov" 49-cu dəqiqədə Sergey Kornilenkonun qolu ilə önə çıxsa da, Sofian Hanni 60-cı, Lorenso Malqarexo 61-ci, Luis Adriano 90-cı dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarını 22-yə çatdıran "Spartak" 7-ci pilləyə yüksəlib. 14 xala malik "Krılya Sovetov" isə 13-cüdür.