Fransanın "Nitsa" klubunun futbolçusu Mario Balotelli növbəti qalmaqalla gündəmə gəlib.
Sportnet.az-ın məlumatına görə, italiyalı hücumçu Fransa Liqasının XV turunda "Genqam"la qolsuz heç-heçə etdikləri oyun zamanı baş məşqçi Patrik Vieyra ilə söyüşüb. Balotelli əvəzlənməsinə etiraz olaraq, Vieyra ilə əllərini "ölçərək", emosional formada danışıb. O, daha sonra əlcəyini qəzəbli halda tullayıb.
Qeyd edək ki, Mario Balotelli bu mövsüm Fransa Liqasında 9 oyuna cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. 15 turdan sonra "Nitsa" 24 xalla 7-ci pillədədir.