1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" - "Keşlə" matçında rekord
Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ” – "Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.
"Qarabağ” həm də cari mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, bundan artığını heç bir komanda bacarmayıb. "Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümdə ilk het-trik edən oyunçu olub.
Son ölkə çempionu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək "Neftçi” "Səbail”i, "Səbail” isə "Sabah”ı 4 cavabsız qolla məğlub edib.