1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin 8-ci qış çempionluğu
Topaz Premyer Liqasında qış çempionu müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, mövsümün ilk yarısı başa çatmasa da, "Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib. Buna "ağ-qaralar”ın XIII turda səfərdə "Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.
Bu, "Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. "Neftçi”dən başqa "Qarabağ” 6, "Kəpəz”lə "İnter” (indiki "Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. "Xəzri”, "Şəmkir”, "Karvan”, "Xəzər Lənkəran” və "Olimpik”in (indiki "Şüvəlan”) hərəyə 1 belə uğuru var.