
"Qəbələ" FUtbol Akademiyasının direktoru Stenli Brard III Qəbələ Kuboku ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis turnirin iştirakçıları arasında təmsil etdiyi klubu xüsusi qeyd edib.
Brard deyib: "Mənim favoritim "Qəbələ"dir. Sevindiricidir ki, builki turnirdə "Rapid", "Liverpul", "Anderlext" kimi kollektivlər iştirak edirlər. O ki qaldı hər il Hollandiya təmsilçilərinin iştirak edib, bu dəfə isə yarışa qatılmamalarına, burada qeyri-adi heç nə yoxdur. Sadəcə, müraciət etdiyimiz klublar artıq digər beynəlxalq turnirlərdə iştiraka razılıq verdiklərindən, bu dəfə qonağımız olmadılar".