Miksu Paatalaynen Latviya milli komandasının baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar tərəflər arasındakı müzakirələrdən sonra qəbul olunub. Yeni baş məşqçinin adı dekabrın 18-də federasiya şurasının iclasında açıqlanacaq.
Qeyd edək ki, Latviya yığması UEFA Millətlər Liqasında qrup 3-cüsü olub. Qrup qalibi olan Gürcüstan millisi pley-offa yüksəlib. Latviya iyunun 9-da evdə Azərbaycanla keçirdiyi yoldaşlıq görüşündə 1:3 hesabı ilə uduzub.