1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Tamadalıq etmək istəmirəm"
"Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq. Səhvlər etdik. Hər şey əlimizdən çıxdı. "Qarabağ”a qarşı bu cür səhvlər olursa, onlar bağışlanmır. Bu bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək”.
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Qarabağ”a 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyil.
40 yaşlı mütəxəsssi daha sonra jurnalistlərin suallarını cavablandırıb...
-
- Komandanı tərk edəcək futbolçular müəyyənləşibmi?
- Buna, iki kubok matçında sonra adınlıq gələcək.
- Səhv eləmirəmsə, baş məşqçi karyeranızda ən böyük hesablı məğlubiyyətinizdir.
- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki, öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarıq. Bilmirəm ki, oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər.
- Görüş başa çatandanda sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız.
- Əsəbiləşmişdim. Rəqib baş məşqçi gərək üzürlü hesab etsin. Onun qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.