1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roberto Bordin: "Boş zonalar tapa bilmirdik"
"Ən yaxşı oyunumuzu keçirmədik. Psixoloji baxımdan bu oyunu düezgün keçirə bilmədik. Bu dəfə ənənəvi hücumları qura bilmədik. Çox böyük risklər etmədik. Yalnız matçın sonlarına yaxın riskə getdik. Qol vurmaq istəyirdik. Boş zonalar tapa bilmirdik. Tapdıqda da istifadə edə bilmirdik".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Baqali Dabonun yoxluğu özünü aşkar göstərirdi. Bu, o anlama gəlirmi ki, qışda Dabo səviyyəsində transfer reallaşdıracaqsınız?
- Həmin mövqedə Namiq Ələsgərov oynayırdı və pis də çıxış etmədi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki, 1-ci yerdəyik. İstərdik qalib gələk. Təəssüf ki, alınmadı.