1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" azarkeşləri narazıdır
"Sumqayıt" azarkeşləri komandanın bu mövsüm təmirdən sonra ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"da azarkeşlərin sayının protokolda az göstərilməsindən narazıdır.
Bu barədə Sportnet.az-a klubun rəsmi fan-klubunun rəhbəri Sənan Mirzəyev açıqlama verib. O bildirib ki, həm "Səbail"lə Topaz Premyer Liqasının XIII tur, həm də "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə tamaşaçı sayı real saydan xeyli az göstərilib. Mirzəyevin sözlərinə görə, "Kapital Bank Arena" oyunlar zamanı tamamilə dolan stadion olsa da, AFFA nümayəndələri tərəfindən buna məhəl qoyulmur. Hər dəfə sayımız az göstərilir. Ümid edirik ki, mövsümün ikinci yarısında belə hallara son qoyulacaq".
"Kapital Bank Arena" 1300 tamaşaçı tutumuna malikdir. Lakin tamaşaçılar tribunalarla yanaşı, meydanın ətrafındakı hasarlar arxasından da oyunları izləyirlər. Onların sayı isə bəzən yüzlərlə olur.
"Səbail"lə görüşdə azarkeş sayı 1000, "Neftçi" ilə qarşılaşmada isə 1200 nəfər göstərilib. AFFA nümayəndələri isə müvafiq olaraq, Eldar Qasımov və Namiq Məstanov olub. Məstanov Sportnet.az-a açıqlamasında bildirib ki, azarkeş sayı stadion rəhbərliyinin dediyinə əsasən göstərilib: "Stadionun tutumu 1300 nəfərdir. Tribunada sol tərəfdə boş yerlər qalmışdı. Ona görə də 1200 nəfər göstərmişik. Düzdür, hasarlar arxasından da oyunu izləyirdilər. Amma mən buna əsasən, tamaşaçı sayını 2000 yazsaydım, mənə nə deyərdiniz? Bilet satışı olmadığı üçün qapılar açıq olub. Bu halda istəyən azarkeş stadiona gələ bilər. Biz isə stadionun tutumundan artığını yaza bilmərik".
Qeyd edək ki, çempionat matçında 1:0 hesabı ilə qalib gələn "gənclik şəhəri" təmsilçisi kubok oyununda eyni hesabla uduzub.