Ukraynalı futbolçu Yevgeni Xaçeridinin meneceri İvan Pirojenko müştərisinin "Qarabağ”dan təklif almasına dair xəbərlərə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, Pirojenko sportanalytic.com saytına açıqlamasında Ağdam təmsilçisinin Yunanıstanın PAOK klubunun formasını geyinən 31 yaşlı müdafiəçiyə təklif göndərmədiyini söyləyib. O, belə xəbərlərin, sadəcə, söz-söhbət olduğunu vurğulayıb: "Onun PAOK-la 2021-ci ilədək müqaviləsi var".
Qeyd edək ki, "Qarabağ”ın Ukrayna millisinin üzvü olan Xaçeridi üçün PAOK-a təklif göndərməsi xəbərini Yunanıstan mətbuatı yazıb. Arxa xətt oyunçusunun satış dəyərinin 2,5 milyon avro olduğu bildirilir.