1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronalduya da mükafat verən tapıldı - FOTOLAR
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxş futbolçusu seçilib.
Sportnet.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.
İlin ən yaxşı komandası İspaniya "Atletiko"su, ən yaxşı məşqçisi Fransa yığmasının rəhbəri Didye Deşam hesab edilib. Ən yaxşı agent mükafatı Ronaldunun maraqlarını təmsil edən Jorje Mendeşə verilib.
Oyunçu qismində görkəmli karyera mükafatlarına Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo, həmçinin "Yuventus"un xavbeki Blez Matüidi layiq görülüb. Məşqçilər arasında analoji mükafatı Fabio Kapello alıb.