Ukraynanın "Vorskla" klubu Ermənistan yığmasının futbolçusu Geqam Kadimyanla yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına aparılmayıb və artıq komandanı tərk edib. Kadimyan mövsümün ilk yarısında cəmi 4 oyunda meydana çıxıb. Erməni forvard bunların yalnız 1-də start heyətdə yer alıb və məhsuldarlıqla yadda qalmayıb.
Qeyd edək ki, Geqam Kadimyan "Vorskla"ya 2017-ci ilin yayında keçib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la həm Bakıda, həm də Poltavada keçirilmiş oyunlarda forma geyinməyib.