Səudiyyə Ərəbistanın Ciddə şəhərində "Yuventus" və "Milan" komandaları arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 61-ci dəqiqədə Kriştianu Ronaldu vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə göstərilib.
"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldu isə yeni komandasında ilk tutula sahib olub.
Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.