Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə “Sürix”i ilə qarşılaşıb. “Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqədə Marko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da "Səbail" qələbə hesabını qoruya bilməyib.
19 yanvar
Yoxlama oyunu
17:00. "Səbail" - "Sürix" (İsveçrə) 1:1
Qollar: Ağabala Ramazanov, 37 - Marko Şönbaxler, 79
“Miracle Resort” İdman Kompleksinin stadionu
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstan “Aqvital”ını yenib - 3:2.