Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az "Fanatik"ə istinadən verdiyi məlumata görə, türkiyəli Mustafa Reşit Akçayla anlaşma əldə olunub. 60 yaşlı mütəxəssis bu vəzifədə istefaya göndərilmiş Qurban Qurbanovu əvəzləyəcək.
Qeyd edək ki, Mustafa Reşit Akçayın son klubu 2018-ci ilin noyabrında zəif nəticələrlə əlaqədar yollarını ayırdığı "Osmanlıspor" olub. O, "Gümüşhanespor", "Pazarspor", "Arsinspor", "Ofspor", "Beylerbeyi", "Tavşanlı", "1461 Trabzonspor", "Trabzonspor", "Akhisar Belediyespor" və "Konyaspor"da da çalışıb.