"Neftçi” komandası Topaz Premyer Liqasının XV turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığını başa vurub.
Sportnet.az-ın məlumatına görə, flaqman bu gün "Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Stadiona gələn azarkeşlər "Qarabağ”la oyun ərəfəsində komanda üzvlərinə dəstək veriblər.
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 18:30-da başlanacaq. Oyunu izləmək üçün flaqman azarkeşlərinə stadionunun 5-ci və 6-cı sektorlarında yer ayrılacaq. Onlar üçün giriş biletlə olacaq. Bilet satışı oyun günü saat 15:00-dan etibarən həmin stadionda həyata keçiriləcək. Qiymət isə 1manatdır.