
"Rəqib qol vurana qədər hər şey plana uyğun gedirdi. Qol buraxanda sonra vəziyyət dəyişdi. Nəticəni ədalətli saymaq olar".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə 1:1 hesablı heçə-heçə etdikləri görüşdən sonra deyib. Matçın 6-cı dəqiqəsində hesabı açan ispaniyalı futbolçu qələbəni əldən verdikəri üçün məyus olduqlarını ifadə edib: "Təəssüf ki, bugünkü qolum komandaya qələbə gətirmədi. On görə evə könülsüz gedirəm. Rəqib müdafiəçilərin sərt oynandığını deməzdim. Belə hallar liderlərin oyununda normal haldır".
Qeyd edək ki, "Neftçi"nin bərabərlik qolunu 30-cu dəqiqədə Mamadu Mboc vurub.