"Barselona" komandası bu gün "Real Madrid"ə qarşı İspaniya Kubokunun yarımfinal matçına xüsusi formada çıxacaq.
Sportnet.az-ın məlumatına görə, futbolçuların adları Çin dilində də yazılacaq. Kataloniya klubu bu yolla 2019-cu ilin Çin təqvimi ilə daxil olmasını qeyd edəcək.
"Nou Kamp" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. Daha əvvəl "Barselona" oyun üçün iştirak ərizəsini açıqlayıb. Futbolçular arasında zədəli olduğu deyilən Lionel Messi də var.