İngiltərənin "Arsenal" klubu futbolçusu Şkodran Mustafi ilə yollarını ayırmaq niyyətindədir.
Sportnet.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Unai Emeri 27 yaşlı müdafiəçinin oyunundan narazıdır. Mütəxəssis almaniyalı oyunçunun başqa komandaya transfer olunmasını istəyir.
Qeyd edək ki, Şkodran Mustafi 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında Almaniya milli komandası ilə çempion olub. O, 2016-cı ildə 40 milyon avro qarşılığında İspaniya "Valensiya"sından "Arsenal"a keçib.