İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah irqçi təhqirlərə məruz qalıb.
Sportnet.az "Mirror"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının XXV turunda "Vest Hem"lə səfər oyununda təhqir olunub. Sosial şəbəkələrdə misirli oyunçunun dini səbəblərlə əlaqədar təhqir olunduğu video da yayılıb.
Polisin hadisə ilə bağlı məlumatlandırıldığı bildirilib. "Vest Hem" rəsmiləri həmin şəxslər üçün ömürlük stadiona girməyin qadağan olunacağını vəd edib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Liverpul" hazırda 62 xalla turnir cədvəlinə başçılıq edir.