Böyük Britaniyanın Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və Uelsin "Kardiff Siti" klubunun argentinalı futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.
Sportnet.az xəbər verir ki, tapılmış meyitin ekspertizası nəticəsində meyitin Salaya məxus olduğu təsdiqlənib.
Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib. Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.
Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.
Faciəvi hadisəyə baxmayaraq, "Nant" klubu "Kardiff Siti"dən futbolçunun transfer məbləğini tələb edib.