
"Səbail" və "Zirə" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XVI tur matçını moldovalı azarkeş də izləyib.
Sportnet.az-ın məlumatına görə, qonaq oyundan sonra futbolçu həmyerliləri Yevgeni Koçuk və Aleksandr Dedovla görüşüb. Koçuk "Səbail"in, Dedov "Zirə"nin heyətində sonadək meydanda olub.
Qeyd edək ki, "Bayıl Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.