Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, bu mərhələnin ən iddialı komandalarından "Mançester Siti" "Suonsi"yə, "Mançester Yunayted" isə "Vulverhempton"a rəqib olub. Görüşlər 15 - 17 martda keçiriləcək. Növbəti mərhələyə vəsiqənin sahibləri bir oyunluq mübarizənin yekununda müəyyənləşəcək.
Püşkün nəticələri:
"Suonsi Siti" — "Mançester Siti"
"Uotford" — "Kristal Pelas"
"Vulverhempton" — "Mançester Yunayted"
"Milluoll" — "Brayton end Houv Albion".
Qeyd edək ki, indiyədək İngiltərə Kubokunu hamıdan çox - 12 dəfə "Mançester Yunayted" qazanıb.