İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone İtaliya "Yuventus"u ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu zamanı emosiyalarına hakim ola bilməyib.
Sportnet.az-ın məlumatına görə, 78-ci dəqiqədə komandasının hesabı açmasından sonra argentinalı mütəxəssis sevincini qeyri-etik formada qeyd edib. O, Xose Maria Ximenesin qolundan sonra belə hərəkətə yol verib.
Simeone oxşar davranışları nəinki baş məşqçi, hətta futbolçu olduğu vaxtlarda da sərgiləyib.
Qeyd edək ki, görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:0.
MI SENTO MALE AUAHAHAHAHAHAHAHA pic.twitter.com/01nvjgCFh1
— Delfy (@cutrorgasm) 20 февраля 2019 г.