
Futbol üzrə Azərbaycan Premyer Liqasında keçirilən “Sabah” – “Qarabağ” matçında maraqlı hadisə baş verib.
Sportnet.az xəbər verir ki, 14-cü dəqiqədə Ağdam təmsilçisinin futbolçusu Qara Qarayevin rəqibin oyunçusu Rəşad Eyyubovla ikili mübarizə zamanı forması cırılıb.
Qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun tələbindən sonra yarımmüdafiəçi formasını dəyişib.
Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və “Qarabağ” 1:0 hesabı ilə öndədir.