İngiltərənin "Mançester Yunayted" klubunun yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib.
Sportnet.az "Talksport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya "Napoli"sinin müdafiəçisi Kalidu Kulibali, İspaniya "Barselona"sının yarımmüdafiəçisi İvan Rakitiç və İngiltərənin "Kristal Pelas" klubunun müdafiəçisi Aron Van-Bissakı komandaya cəlb etməyə çox yaxındır.
Qeyd edək ki, Kulibalı cari mövsümdə 33 oyuna 2 məhsuldar ötürmə edib. Rakitiç 38 oyuna 4 qol, 4 məhsuldar ötürmə, Van Bissaka isə 28 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.