Rusiya Premyer Liqasında XVIII turun "Arsenal" - MOİK matçının startı qapı torunun cırılması səbəbindən ləngiyib.
Sportnet.az-ın məlumatına görə, bu, oyunun startı ərəfəsində yan xətt hakimlərinin apardıqları yoxlama zamanı müəyyənləşib. Problemi bir neçə dəqiqə ərzində əlaltı vasitələrlə həll etmək mümkün olub. Məhz bundan sonra görüş başlanıb. Qarşılaşma əlverişsiz hava şəraiti üzündən Tulada deyil, Qroznıda keçirilib. Görüş "Arsenal"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.