"III Qəbələ Kuboku"nun 3-cü yer uğrunda görüşündən sonra "Rapid"in baş məşqçisi Mohammed Akagündüz jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, türkiyəli mütəxəssis ilk olaraq, yarışın təşkilatçılığından bəhs edib.
O, turnirin çox gözəl təşkil olunduğunu, habelə meydançaların və hava şəraitinin əla olduğunu dilə gətirib: "Turnirə qatılan komandaların səviyyəsi də olduqca yüksəkdir". Öz komandasına gəldikdə, Akagündüz bildirib ki, turnirə yaxşı başlamasalar da, oyundan-oyundan səviyyələrini artırıblar Onun sözlərinə görə komandası yarımfinalda məğlubiyyətə layiq deyildi. Ancaq mütəxəssis, 3-cü yeri də uğuirlu nəticə hesab edir: "Hər il 9-11 beynəlxalq turnirə qatılırıq. Bu da yetirmələrim üçün önəmli təcrübədir. Başqa ölkələrin tanınmış komandalarının aşağı yaş qruplarına qarşı oynamaq önəmli amildir. Bu, həm komandamızın, həm də rəqiblərin səviyyəsini görməyə şərait yaradır. Hər bir yeni turnirə qatılmaq, bizi bir addım irəliyə aparır". Akagündüzün fikrincə, "Qəbələ" ən zəif oyununu məhz bu gün keçirib.
"III Qəbələ Kuboku"nun finalında Türkiyənin "Fənərbağça" və Belçikanın "Anderlext" klubları üz-üzə gələcək. Akagündüz saat 18:30-da başlanacaq matçda həmyerlilərinin qələbə qazanmasını arzulayıb: "Hər iki komanda yaxşı futbol sərgiləyir. Lakin hesab edirəm ki, "Fənər"ə bir qədər çətin olacaq. Əlbəttə, istənilən turnirdə ürəyimizdən türk komandasının qalib gəlməsi keçir. Ancaq orda oynayanların hamısı 14-15 yaşlı uşaqlardır. Hər biri özünü inkişaf etdirməyə çalışır, müəyyən bir səviyyəyə çatdırmaq istəyir. Qoy, güclü qalib gəlsin".
Baş məşqçi hər zaman belə turnirlərə qatılmağa hazır olduqlarını bildirib: "Əgər yenidən Qəbələdən dəvət alsaq, məmnuniyyətlə bura gələrik".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |