"Mançester Siti" klubunun yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqası tarixində fərqlənməyi bacaran ən gənc ingiltərəli futbolçu kimi tarixə düşüb.
Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinin cavab görüşündə Almaniya "Şalke"sini məyus edən Foden 18 yaş 9 ay 12 günlüyündə fərqlənib. O, komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçın 64-cü dəqiqəsində meydana daxil olub və 78-ci dəqiqədə 6-cı qolu vurub.
Fodeni təhsil aldığı "Bedes" kolleci "Twitter"də paylaşım edərək təbrik edib. İngiltərəli futbolçu isə bunu şəxsi səhifəsində paylaşıb və bu sözləri yazıb: "Belə bir gecə üçün ev tapşırıqlarımı unutmağa dəyər".
Gənc oyunçunun komanda yoldaşı Rahim Sterlinq isə maraqlı şərh yazıb: "Sabah sənin dərsin var, ona görə də indi yatmalısan, balaca".
Qeyd edək ki, "Mançester Siti" "Şalke"ni 7:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
What a goal by #BedianAlumnus @PhilFoden - creating a piece of History by being the youngest English Player to score in #ChampionsLeague pic.twitter.com/eeio0NMjv5
— St Bedes College Tec (@stbedestec) 12 марта 2019 г.