UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizəd olan futbolçuların adlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, mükafata iddialılar İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu, İspaniya "Barselona"sının qolçusu Lionel Messi, İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Leroy Sane və İngiltərə "Liverpul"unun forvardı Sadio Manedir.
Ronaldu "Atletiko" ilə matçda "het-trik"ini rəsmiləşdirib, Messi karyerasında ilk dəfə "Lion"la oyunda "dubl" və iki məhsuldar ötürmə ilə yadda qalıb. Manenin hesabında "Bavariya"nın qapısına 2 qol, Sanenin aktivində isə "Şalke" ilə oyunda dəqiq zərbə və məhsuldar ötürmə "het-trik"i var.