İspaniyanın "Sevilya" futbol klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.
Sportnet.az klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar komandanın son həftələrdə göstərdiyi pis nəticələrə görə qəbul olunub. Klubun idman direktoru Xoakin Kaparros müvəqqəti olaraq baş məşqçi postuna keçib.
Qeyd edək ki, Pablo Maçin 2018-ci ilin mayından "Sevilya"ya rəhbərlik edib. Komanda hazırda İspaniya La Liqasında 40 xalla 6-cı pillədə qərarlaşıb. İspaniya təmsilçisi Avropa Liqasının 1/8 finalında iki oyunun nəticəsinə əsasən Çexiya “Slaviya”sına məğlub olaraq mübarizəni dayandırıb.