İtaliyanın "Roma" klubunun keçmiş idman direktoru Ramon Monci İspaniya "Sevilya"sına qayıdıb.
Sportnet.az-ın Əndəlüs klubunun rəsmi saytına istinadən məlumatına görə, tanınmış mütəxəssis yenidən eyni vəzifədə çalışacaq. O, işinin icrasına aprelin 1-dən başlayacaq. Rəsmi təqdimat isə martın 18-də olacaq.
Qeyd edək ki, Ramon Monçi iki ilədək çalışdığı "Roma" ilə müqaviləni martın 8-də pozub. Onun İngiltərə "Arsenal"ına qayıdacağı bildirilirdi. İtaliya təmsilçisi baş məşqçi Eusebio Di Françeskonu da istefaya göndərib və onu Klaudio Ranyeri əvəzləyib.