
Azərbaycan millisinin Xorvatiya və Litva ilə oyunları üçün açıqlanan heyətində dəyişiklik baş verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Sumqayıt"dan dəvət olunmuş Aleksey İsayev toplanışdan kənarlaşdırılıb. Səbəb kimi yarımmüdafiəçinin zədəli olması göstərilib.
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə martın 21-də Zaqrebdə AVRO-2020-nin seçmə oyununa çıxacaq. Martın 25-də isə Bakıda Litva ilə yoldaşlıq görüşü nəzərdə tutulub.