Xorvatiya milli komandasının Azərbaycan yığması ilə keçirəcəyi AVR0-2020-nin seçmə oyunu üçün 23 nəfərdən ibarət heyəti müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Zlatko Daliç sabahkı oyunda cəzalı Deyan Lovren və zədəli Tin Yedvayın xidmətindən yararlana bilməyəcək. Lovren Macarıstanla görüşdə meydana çıxa biləcək. Düşərgəyə bu gün qoşulacaq Yedvayla bağlı qərarı isə Daliç verəcək.
Bazar ertəsindən bir araya gələn Xorvatiya yığmasının indiyədək iki məşqi olub.
Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Riyeka")
Müdafiəçilər: Karlo Bartolets ("Norşellann", Danimarka), Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Borna Barişiç ("Reyncers", Şotlandiya), Marin Leovats ("Dinamo" Zaqreb), Antonio Miliç ("Anderlext", Belçika), Duye Çaleta-Tsar ("Marsel", Fransa)
Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Sevilya", İspaniya), Mario Paşaliç ("Atalanta", İtaliya), Filip Bradariç ("Kalyari", İtaliya)
Hücumçular: Bruno Petkoviç ("Dinamo" Zaqreb, Xorvatiya), İvan Perişiç ("İnter", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Nikola Vlaşiç (MOİK, Rusiya), Yosip Brekalo ("Volfsburq", Almaniya)
Qeyd edək ki, Azərbaycanla oyun martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla qarşılaşma isə martın 24-də Budapeştdəki "Groupama Arena"da keçiriləcək. Xorvatiya yığması hazırlıq prosesinə martın 18-də başlayacaq.