
Azərbaycan milli komandasında daha bir futbolçu debüt edib.
Sportnet.az-ın məlumatına görə, bu, yığmaya "Sumqayıt"dan dəvət almış Əli Babayevdir. 29 yaşlı yarımmüdafiəçi Litva ilə yoldaşlıq görüşünün 75-ci dəqiqəsində meydana çıxıb. O, milliyə uzun fasilədən sonra çağırılmış Eddi İsrafilovu əvəzləyib.
İsrafilov isə əl işarəsi ilə əvəzlənməsini özü istəyib. Amma onun zədə, yoxsa yorğunluq üzündən məşqçilər heyətinə belə istəklə müraciət etdiyi məlum deyil.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüşdə hələlik hesab açılmayıb.