
"İki komandanın ifasında mübariz oyun getdi".
Sportnet.az-ın məlumatına görə, bunu Litva yığmasının futbolçusu Modestas Vorobyovas Bakıda Azərbaycan millisi ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib. "Jalgiris"in yarımmüdafiəçisi bildirib ki, daha artığına layiq olduqlarını sübut etməyə çalışıblar: "AVRO-2020-nin ilk seçmə matçında Lüksemburqa 1:2 hesablı məğlubiyyətdən sonra daha yaxşı oynamaq və nəyə qadir olduğumuzu ortaya qoymaq istəyirdik. Buna qismən nail olduq. Məncə, heç-heçə normal nəticədir".
24 yaşlı oyunçu rumıniyalı referi Horatiu Fesnikin idarəçiliyindən narazılığını da dilə gətirib: "Fikrimcə, baş hakim bizi dayandırmaqla oyunu "uduzdu". Biz kobud yox, sərt oynadıq".
Qeyd edək ki, Modestas Vorobyovas sonadək meydanda olub.