
Türkiyə Futbol Federasiyası ömürlük futboldan kənarlaşdırdığı “Amed Sportif Faaliyetler” komandasının oyunçusu Mansur Çaların cəzasını azaldıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İntizam Komitəsinin yeni qərarına əsasən 20 oyunluq cəzaya məruz qalıb. Oyunçu həmçinin 20 min TL məbləğində cərimələnib.
Qeyd edək ki, Mansur Çalar "Sakaryaspor"la oyun vaxtı rəqiblərinə ülgüclə xəsarət yetirib.