Leif Gunnar Smerud (Norveç U-21 yığmasının baş məşqçisi):
"Asan oyun olmadı. Təbii ki, qələbə qazandığımız üçün sevinirik". Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Norveç milli komandasının baş məşqçisi Leif Gunnar Smerud Azərbaycan yığması ilə Avropa çempionatının seçmə qrup matçından sonra deyib.
Smerudu narazı salan məqamlar da olub. Bunlardan biri komandasının yaradılan imkanların yalnız birindən istifadə etməsidir: "Ümid edirəm ki, bu oyunda yol verdiyimiz səhvlər növbəti qarşılaşmalarda futbolçularımız üçün yaxşı dərs olacaq”.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.