
Moldova "Şerif"indən ayrılan futbolçu Zigi Badibanqanın yeni klubu müəyyənləşib.
Sportnet.az-ın KazFootball.kz nəşrinə istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Qazaxıstanın "Ordabası" komandasına keçib. Bu komandanın baş məşqçisi əvvəllər "Keşlə"də də çalışmış Kaxaber Tsxadadzedir. Bu oyunçunun qış fasiləsində "Neftçi"yə keçidi gündəmə gəlsə də, tərəflər arasında razılığa gəlinməmişdi.
Qeyd edək ki, Zigi Badibanqa əvvəllər Belçikanın "Anderlext" və "Şarlerua", Hollandiyanın "De Qrafshap", Yunanıstanın "Erqotelis" və "Asteras", Kiprin "Omoniya" klublarında da çıxış edib. O, "Şerif"də iki dəfə Moldova çempionu olub, Çempionlar Liqası və Avropa Liqasında çıxış edib. Transfermarkt.de saytı Badibanqaya 1,5 milyon avro qiymət qoyub.