"Komandam
çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələr
yaxşı kökləndik”. Sportnet.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın XI
turunda AZAL-a 4:0 qalib gələn "Neftçi” klubunun baş məşqçisi Arif Əsədov
deyib.
Təcrübəli mütəxəssis bunları deyib: "Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm”.
Qeyd edək ki, "Neftçi" - AZAL matçı meydan sahiblərinin böyük hesablı qalibiyyəti ilə bitib - 4:0.