Rusiyanın "Spartak" klubunun futbolçusu Ayaz Quliyevə qarşı iki inzibati iş açılıb.
Sportnet.az-ın məlumatına görə, bunlar işıqforun qırmızı işığını təkrar keçmə və cərimə ödəməkdən yayınmadır. İş üzrə materiallar məhkəməyə göndərilib. Quliyevi 10 min rubl məbləğində cərimə və sürücülük vəsiqəsindən məhrum edilmə cəzaları gözləyir.
Qeyd edək ki, aprelin 10-da Moskvadakı Krasnoprudnaya küçəsində Ayaz Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil qırmızı işıqda keçib və yolu keçən amerikalı piyadaya toxunub. Baş vermiş münaqişə nəticəsində futbolçu bir neçə zərbə endirərək, əcnəbi vətəndaşın burnunu qırıb. "Spartak" rəhbərliyi Quliyevi əsas komandadan kənarlaşdırıb və böyük məbləğdə cərimələyib.