"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike son bir ildə üçüncü ölkənin çempionu olub.
Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu Azərbaycan və Qazaxıstandan sonra Yunanıstanda da qızıl medala sahib olub. "Qarabağ" və "Astana"da çıxış etdikdən sonra PAOK-a qayıdan "sambaçı" müqavilə üzrə məxsus olduğu klubla 34 ildən sonra çempionluq sevinci yaşayıb. Saloniki komandası daha əvvəl 1984-cü ildə belə bir nailiyyətə imza atıb. Ümumilikdə isə bu, PAOK-un üçüncü çempionluğudur.
Evdə "Levadiakos"u 5:0 heabı ilə məğlub etdikləri görüşdə Enrike 18-likdə də olmayıb. Bu qələbədən sonra xallarını 77-yə çatdıran PAOK sona bir tur qalmış ən yaxın izləyicisi "Olimpiakos"dan 5 xal aralanıb.
Qeyd edək ki, komandanın baş məşqçisi Mirça Luçeskunun oğlu Razvan Luçesku, klubun sahibi və prezidenti rusiyalı biznesmen İvan Savvididir.
Let's get the party start! #GreekChampions #TheFutureIsHere pic.twitter.com/7uXxOa4VR8
— PAOK FC / ΠAOK (@PAOK_FC) 21 апреля 2019 г.
We are ready! #GreekChampions #TheFutureIsHere pic.twitter.com/u5NSIfBGE4
— PAOK FC / ΠAOK (@PAOK_FC) 21 апреля 2019 г.