
Bakıda keçiriləcək Avropa Liqasının finalınının büdcəsi təxminən 7 milyon dollardır.
Sportnet.az RIA Novostiyə istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
"Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək", - Məmmədov bildirib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.