Sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Qarabağ"ı təbrik edib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı idmançı Ağdam təmsilçisinin "Səbail"lə keçirdiyi Azərbaycan Premyer Liqasının XXVII tur matçını canlı izləyib. 7 qat ölkə çempionluğunu rəsmiləşdirən komandanı meydana enərək təbrik edən Əliyev kapitan Rəşad Sadıqovla xatirə fotosu da çəkdirib.
Qeyd edək ki, "Qarabağ" "Səbail"i 4:0 hesabı ilə məğlub edərək, sona bir tur qalmış ardıcıl 6-cı dəfə çempion olub.