
Hollandiyada "Ayaks"ın qapısından 3 top keçirərək, İngiltərə "Tottenhem"ini Çempionlar Liqasının finalına yüksəldən Lukas Moura çoxdandır Larisa Saadla sevgi münasibətlərindədir.
Sportnet.az-ın məlumatına görə, onlar Londonda birgə yaşayırlar. Saad Mouranın 2018-ci ildə Fransa PSJ-sindən "Tottenhem"ə transfer olarkən İngiltərənin həyatına uyğunlaşmasında hərtərəfli dəstək olub. Onu futbolçunun sadiq həyat yoldaşı da adlandırmaq olar.
Qeyd edək ki, "Ayaks"la İngiltərədəki ilk yarımfinal matçında 0:1 hesabı ilə uduzmasına rəğmən, "Tottenhem" Hollandiyadakı cavab görüşündə 3:2 hesabı ilə qalib gəlib və səfərdə daha çox qol vurduğu üçün finala yüksəlib.