İngiltərənin "Arsenal" klubu Bakıda "Çelsi" ilə keçirəcəyi Avropa Liqasının final matçı ilə əlaqədar bəyanat yayıb.
Sportnet.az-ın məlumatına görə, "topçular" UEFA-nın ən azı 60 min tamaşaçı tutumuna malik Bakı Olimpiya onlara cəmi 6000 bilet verməsindən heyrətləndiklərini bildirib. Klub bəyan edib ki, bu qədər fanatın səyahətlə bağlı problemlər üzündən matçda iştirak edib-etməmələrini zaman göstərəcək.
Bəyanatda deyilir: "Bizim 45 min abonementimiz və digər çoxsaylı azarkeşimiz finalı ona görə buxaracaq ki, UEFA məhdud nəqliyyat təminatına malik məkanı final üçün seçib. Bu isə sadəcə, düzgün deyil. Reallıq budur ki, finala çıxan komanda öz tərəfdarlarının istəklərini cavablandıra bilmir. Biz tərəfdarlarımızdan bununla bağlı çoxsaylı şikayət almışıq və onların əndişələrinə tam şərik çıxırıq".
"Arsenal" öz azarkeşləri adından finalın məkanı üçün aparılan seçimin meyarını anlamaq istəyir. Klub bir qədər də irəli gedərək, UEFA-nı azarkeşlərin maddi-texniki təchizat və tələblərini təmin etməyə çağırıb. Klub hesab edir ki, bu mövsüm üçün seçim yolverilməzdir və təkrarlana bilməz: "Biz belə situasiyanın təkrarlanmaması üçün istənilən müzakirəyə qoşulmaqdan şad olarıq".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" "Çelsi" ilə üz-üzə gələcək.